Serxio Aquero bu yay "Mançester Siti"dən ayrılacaq.

 Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu "şəhərlilər"lə müqaviləsinin müddəti başa çatan kimi komandanı tərk edəcək. Artıq onu transfer etmək üçün bir sıra klublar hərəkətə keçib. Bu komandaların içində ən diqqətçəkəni "Mnaçester Yunayted" olub.

Fransa mətbuatının yazdığına görə, "qırmızı şeytanlar" 32 yaşlı forvardı sıralarına qatmaqda israrlıdır. Premyer Liqa nəhəngi artıq əzəli rəqibi ilə təmasa da keçib.

Onu transfer etmək istəyən digər klublar isə "Çelsi", PSJ və "İnter"dir.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir. O, ümumilikdə bu klubun formasıyla çıxdığı 384 oyunda 257 qol vurub.