Mövsümün sonunda Serxio Aquero ilə yollarını ayıracaq "Siti" onun yerinə gətirəcəyi futbolçunu müəyyənləşdirib.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" transfer pəncərəsi açılan kimi "Borussiya"nın ulduzu Erlinq Haaland uğrunda mübarizə aparacaq. Lakin bu transfer İngiltərə klubu üçün böyük maliyyətə başa gələcək. Belə ki, 20 yaşlı hücumçunu Dortmund təmsilçisindən 154 milyon sterlinqə tarnsfer etmək istəyən "Siti" Haalanda həftəlik 600 000 sterlinq maaş təklif edəcək. 5 il müddətində nəzərdə tutulan müqavilənin bonuslarla birlikdə 300 milyon sterlinqi keçəcəyi gözlənilir. 

"Siti" Haalandı transfer edərsə, norveçli ulduz İngiltərə Premyer Liqası tarixinin ən bahalı futbolçusu olacaq. 

Qeyd edək ki, Erlinq Haalandın "Borussiya" ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.