"Mançester Siti" ulduz futbolçusu Serxio Aquero ilə vidalaşacaq.

Offsideplus.az xəbər verir ki, bu yay müqaviləsi başa çatan 32 yaşlı forvard mövsümün sonu "şəhərlilər"dən ayrılacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2011-ci ildən "Siti"nin şərəfini qoruyan argentinalı hücumçu 384 oyuna 257 qol vurub, 73 məhsuldar ötürmə edib.