Lyuk Şou "Mançester Yunayted"in ən yaxşısı seçilib.

Offsideplus.az klub saytında yer alan məlumata istinadla xəbər verir ki, 25 yaşlı müdafiəçi azarkeşlər arasında keçirilən sorğuda martın ən yaxşısı olub. Şou səslərin 63 faizini toplayıb ki, bu göstəricidə Din Hendersonla (26 %) Viktor Lindelefi (11 %) geridə qoyub. 

Qeyd edək ki, adıçəkilən futbolçu "Mançester Yunayted"in qapısına yol tapmış, "Vest Hem"lə oyunda ən yaxşı seçilmiş, "Milan" səddinin keçilməsində xüsusi pay sahibi olmuşdu.

Lyuk fevralda da ayın ən yaxşısı seçilmişdi.