Fransa millisi və "Çelsi"nin futbolçusu Nqolo Kante zədələnib.

Offsideplus.az  Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçisi sıradan çıxıb. 

Kantenin DÇ-2022-nin seçmə mərhələsində Ukrayna ilə oyunda sol bud nahiyəsindən zədələndiyi bildirilib. Yığmadan ayrılaraq ətraflı müayinə üçün klubu "Çelsi"nin düşərgəsinə qayıdan futbolçu Fransanın Qazaxıstan, eləcə də Bosniya və Herseqovina ilə oyunlarını buraxacaq.