İngiltərəli sabiq futbolçu Qari Lineker "Tottenhem"in çalışdırıcısı Joze Mourinyoya söz atıb.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən Lineker portuqaliyalı mütəxəssisi ələ salıb. Hazırda aparıcı olan Qari son oyunlarda göstərdiyi uğursuz performans səbəbindən komandadan ayrılacağı gözlənilən Mourinyo barədə "Tvitter" hesabında bu sözləri yazıb və yük gəmisinin şəklini paylaşıb:
"Son dəqiqə: Mourinyo "Evergreen" ilə anlaşdı".
Breaking: Mourinho signs Evergreen. pic.twitter.com/XBSN3mVO5z
— Gary Lineker ? (@GaryLineker) March 24, 2021