"Çelsi"nin sahibi Roman Abramoviç məhkəməyə müraciət edib.

Onu narahat edən İngiltərədə Ketrin Beltonun müəllifi olduğu və Harper Collins nəşriyyatında işıq üzü görən "Putinin adamları" kitabında haqqında yazılanlardır.

Offsideplus.az xəbər verir ki, milyarder iş adamı klub saytına açıqlamasında onu narazı salan məqama toxunub: “Bu gün qanuni nümayəndələrim İngiltərədə nəşr olunan bir kitaba qarşı məhkəməyə iddiası qaldırdılar. Kitabda mənim, əmlakımın, xüsusən də "Çelsi" haqqımda bir sıra yalan və böhtan xarakterli xəbərlər var.

Heç vaxt reklam axtarmamışam və həmişə mənimlə, ya da "Celsi" ilə bağlı hər hansı bir məsələyə münasibət bildirməkdən imtina etmişəm. Ancaq onsuz da aydındır ki, kitabdakı ittihamlar yalnız mənim nüfuzuma deyil, həm də "Celsi"nin fəaliyyətinə ziyan vurur".

Qeyd edək ki, 2020-ci ildə nəşr olunan kitabda Abramoviçin "Çelsi"yə Rusiya prezidenti Vladimir Putinin xahişi nəticəsində sponsorluq etdiyi yazılıb. 

91jRYAy49lL