Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" "Borussiya" (Münxenqladbax) üzərində inamlı qələbə qazansa da (2:0), oyunun iştirakçısı olan Serxio Aquero meydanı narazı tərk edib.

Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, argentinalı ulduzu narazı salan komanda yoldaşlarının ona ötürmə verməməsi olub. Belə ki, hakimin final fitindən sonra Aquero meydanı qapıçılarla işləyən məşqçi Xavyer Mantsisidorla birgə tərk edib. Futbolçu məşqçi ilə dialoq zamanı "mənə top vermirlər" şəklində gileylənib ki, həmin ifadələr kameraların obyektivinə tuş gəlib. 

Qeyd edək ki, əsas heyətdə möhkəmlənə bilməyən Serxionun yayda "Barselona"ya keçəcəyi böyük ölçüdə dəqiqləşib.