"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Bild" nəşrinə müsahibə verib.
Offsideplus.az xəbər verir ki, ünlü mütəxəssis müsahibəsində indiyə qədər işlədiyi futbolçular arasında ən güclü oyunçunun adını açıqlayıb. Kloppun fikrincə, Robert Levandovski, sadəcə, möhtəşəmdir: "Əlbəttə ki, Leva. O qala-qala başqasının adını çəksəm, ədalətsizlik olar. İlk dəfə onu "Lex"də gördüyüm gündən indiyə qədərki inkişaf digər futbolçularda da olsaydı, futbolun səviyyəsi tam başqa olardı. Robert sözün əsl mənasında maşındır. Durmadan üzərində çalışır və bu zəhməti onu ən yüksək zirvəyə qaldırdı. Məni yaxşı məşqçi etdikləri üçün Levaya və digər futbolçulara təşəkkür edirəm".
Qeyd edək ki, Robert Levandovski 2010-2014-cü illər aralığında Dortmund "Borussiya"sında Yurgen Kloppun rəhbərliyi altında oynayıb.