"Tottenhem" klubu "Fiorentina"nın futbolçusu Duşan Vlahoviçə "elçi" düşüb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Joze Mourinyo 21 yaşlı hücumçunu öz sərəndamında görmək istəyir.
Yayılan xəbərlərə görə, "Tottenhem" futbolçunun agenti ilə danışıqlar aparır.
Vlahoviçin cari klubu ilə müqaviləsinin müddəti 2023-cü ilə qədərdir.
Qeyd edək ki, serbiyalı oyunçu 2018-ci ildə "Partizan"dan "Fiorentina"ya transfer edilib.