"Mançester Yunayted" "Latsio"nun futbolçusu ilə güclənəcək.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer Sergey Milinkoviç-Saviçin transferində maraqlıdır. Baş məşqçinin istəyinə isti yanaşan klub rəhbərliyi 26 yaşlı serbiyalıya görə "Latsio" ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Milinkoviç-Saviç cari mövsümdə 31 oyunda forma geyinib ki, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.