"Arsenal"ın futbolçusu Aleksandr Lakazette "Tottenhem"lə oyun öncəsi baş tutan məşqdə Məsut Özil markalı sarğı taxması ilə diqqət çəkib.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı forvardın bu hərəkəti bəzi azarkeşlərdən tərəfindən xoş qarşılanmayıb. Özil ilə "topçular"ın tərəfdarları arasında münasibət gərgin olduğundan Lakazattenin sarğını taxmasını azarkeşlər bir mənalı qarşılamayıb və tənqid hədəfi olub.
Qeyd edək ki, Özil və Lakazette "Arsenal"da 3 ildən çox müddət komanda yoldaşı olublar.
Lacazette wearing Mesut Özil's branded bandage pic.twitter.com/aDqr0shBC4
— Z (@ZRAFC) March 13, 2021