"Siti"nin argentinalı futbolçusu Serxio Aquero adının "Barselona" ilə hallanmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı forvard yayılan iddialara üsyan edib:
"Hər kəs "Barsa", "Barsa, "Barsa", - deyə yazır. Bir az dayanın və ətrafınıza baxın. Hələ də "Siti"dəyəm".
Qeyd edək ki, Serxio Aqueronun bbu mövsümün sonu "şəhərlilər"lə müqaviləsi başa çatır.