İngiltərə Premyer Liqasının nəhəngləri "Milan"nın qapıçısı Canluici Donnarummaya rəsmi təklif göndərib.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Çelsi""Mançester Yunayted" 22 yaşlı qolkiperin agenti Mino Rayola ilə danışıqlara başlayıb. 

"Milan"nın gənc qapıçısını komandada saxlamaq üçün hazırkı həftəlik 96 min funt-sterlinqlik maaşını 30 min funt sterlinq artırmağı təklif edib. Lakin Canluicinin İtaliyada qalması üçün həftəyə 165 min fun-sterlinq istədiyi bildirilir.

Qeyd edək ki, Canluici Donnarummanın "Milan"la müqaviləsi bu mövsümün sonu başa çatır.