"Arsenal" klubu futbolçusu Matteo Genduzini satmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta 21 yaşlı yarımmüdafiəçini komandada saxlamağı düşünmür. Buna görə də "topçular" yay transfer pəncərəsində oyunçunu satmaq istəyir. Klub futbolçuya görə 25 milyon sterlinq tələb edir.
Qeyd edək ki, sözügedən futbolçu, bu mövsümü icarə əsasında "Herta"da keçirib.