"Mançester Yunayted" klubunun qapıçısı David de Xea İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Siti" ilə oyunu buraxmalı olacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.
Təcrübəli mütəxəssis, ispan qolkiperin bu gün qızının dünyaya gəldiyini və bu səbəbdən oyunçunun bir müddət komandadan kənarda qalacağını deyib:
Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" görüşü martın 7-i keçiriləcək.