Tomas Tuxelin gəlişindən sonra "Çelsi" 10 oyundur məğlubiyyətin nə olduğunu bilmir.

Üstəlik, "zadəganlar" son 7 ildə ilk dəfə "Enfild"də qələbə sevinci yaşadılar. 

Offsideplus.az xəbər verir ki, bu, "Liverpul"un Premyer Liqadakı son 6 matçda 5-ci məğlubiyyəti kimi yadda qaldı. Mersisaydlıların "Çelsi"yə yenilgisindən sonra ortaya çıxan maraqlı rəqəmləri diqqətinizə çatdırırıq:

* Tomas Tuxellə Yurgen Kloppun 14 qarşılaşmasında birincinin cəmi 2 qələbəsi vardı - biri "Maynts"ı çalışdıranda, o biri PSJ-nin baş məşqçisi olanda. İngiltərədəki dueldə Tuxel Klopp üzərində 3-cü qalibiyyətinə sevindi.

* "Çelsi" sonuncu dəfə "Liverpul"u 2018-in mayında məğlub etmişdi. "Enfild"dəki sevincləri isə 2014-ün noyabrına təsadüf etmişdi. 

* "Çelsi" Tuxelin gəlişindən sonra 10 oyundur uduzmur: 7 qələbə, 3 heç-heçə.

* Tuxelə qədərki 18 görüşdə qapısından 23 top buraxan londonlular alman mütəxəssisin gəlişindən sonra 10 oyunda qapısında 2 top görüb. 

* "Liverpul" 129 illik tarixi ərzində "Enfild"də ilk dəfə ardıcıl 5 oyunda uduzdu. 

* Ötən mövsüm 27 turdan sonra aktivinə 79 xal yazdıran "Liverpul" cari çempionatda cəmi 43 xal yığıb.