İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi qarşılaşmasında "Liverpul" doğma meydanda "Çelsi"yə boyun əydi - 0:1.
Offsideplus.az məğlub komandanın çalışdırıcısı Yurgen Kloppun BBC-yə verdiyi açıqlamanı diqqətinizə çatdırır: "Yenilgilərdə "Enfild"lik heç nə yoxdur, problem ümumidir. Vacib məqamlarda daha yaxşı davranmalı, nəyə qadir olduğumuzu ortaya qoymalıyıq. Biz həmişə buna nail ola bilmirik. Bu, ciddi zərbədir, amma son deyil. Futbol matçlarında qalib gəlməliyik".
"Çelsi" bu oyundan sonra xalların sayını 47-yə çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Liverpul" isə 43 xalla yeddinci yerdə qərarlaşıb.