Ötən mövsümü çempion kimi başa vuran "Liverpul" cari mövsümdə hədəfindən uzaq düşüb.

Çempionluq bir tərəfə, mersisaydlılar hətta Çempionlar Liqasına vəsiqə üzünə həsrət qala bilər.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, Yürgen Kloppun özü də təhlükənin fərqindədir. Alman mütəxəssis Avropanın ali klub turnirində iştirak hüququ əldə etməyəcəkləri halda onları nələrin gözləyəcəyini deyib: "Çempionlar Liqasına vəsiqə qazanmağın başlığa səbəbi işin maddi tərəfidir. Əlbəttə, turnirin özünə əladır, amma klublar üçün pul çox önəmlidir. Yaxşı komanda qurmaq istəyirsənsə, pulun çox olmalıdır. Pulun olmayanda işin çətinləşir. Mən komandaya yeni gəldiyim dönəmdə bir neçə futbolçu Çempionlar Liqasında mübarizə aparan komandalardan təkliflər almışdı. Lakin həmin vaxt biz onları Avropa Liqasında oynamağa razı sala bilmişdik".

Qeyd edək ki, 26 oyundan sonra 43 xal toplayan Mersisayd təmsilçisi Premyer Liqanın 6-cı pilləsində qərarlaşıb.