"Mançester Yunayted" Cessi Linqarda qiymət qoyub.
Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı futbolçunu 20 milyon funta satmağa hazırdır. Hazırda icarə əsasında "Vest Hem"də çıxış edən ingiltərəli yarımmüdafiəçini məhz bu klub heyətinə qatmaq istəyir. Odur ki, yayda bu məbləği ödnəməklə hədəfə çatmaq olar.
Liqardın "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2022-nin yayına qədərdir.
Qeyd edək ki, Cessi "Vest Hem"də meydana çıxdığı 5 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.