“Çelsi”nin hücumçusu Timo Verner Frenk Lempardın istefaya göndərilməsində özünü günahkar sayır.

Almaniyalı hücumçu Premyer Liqada 14 oyunda qol vura bilməməsinin Lempardın qovulmasında rol oynadığını bildirib.

Offsideplus.az “Sky Sports”a istinadla Vernerin dediklərini təqdim edir: “Qol vura bilmədiyim oyunlar seriyası karyeramın ən pis dönəmi idi. Yaxşı ki, uğursuzluğa son qoydum. Böyük klubda əlverişli qol fürsətlərini boşa verirsənsə, özünü rəhbərliyin, məşqçinin, komanda yoldaşlarının, azarkeşlərin – hamının yanında suçlu hesab edirsən.

Vaxtında 4-5 qol vura bilsəydim və komandamız 2-3 oyunda qələbə qazansaydı, bəlkə də Lempard göndərilməyəcəkdi. Ona görə də vəziyyətin bu cür alınmasında özümü günahkar görürəm. Həyat davam edir, bizi isə qarşıda daha böyük oyunlar gözləyir”.

Qeyd edək ki, Almaniya millisinin üzvü Tuxelin rəhbərliyi altında 1 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub.