"Derbi Kaunti"də çıxış edən Kolin Kazım-Riçards türk və qara dərili olduğu üçün irqçiliyə məruz qalıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli forvard İngiltərədə irqçiliklə üzləşib. Ueyn Runinin komandasında oynayan Kolinə qara dərili və pakistanlıları təhqir etmək üçün istifadə edilən "paki" sözü deyilib.
O, övladlarının bunun səbəbini soruşarkən onlara cavab verə bilmədiyi üçün nə qədər üzüldüyünü açıqlayıb. Baş verənlərdən sonra "Derbi Kaunti" lubu başda olmaqla, komanda yoldaşları Kolinə dəstək mesajları göndərib.
Qeyd edək ki, Kolin Kazım-Riçards 43 dəfə Türkiyə milli komandasında çıxış edib.