"Çelsi" klubu növbəti transferini rellaşdırmaq istəyir.
Offsideplus.az Almaniyanın nüfuzlu "Bild" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" Dortmund "Borussiya"sının gənc hücumçusu Erlinq Haalandı transfer etmək niyyətindədir.
London təmsilçisinin sahibi Roman Abramoviç baş məşqçi Tomas Tuxelə Haalandı transfer edəcəkləri barədə söz verib.
Məlumata görə, "Çelsi" norveçli oyunçu üçün 100 milyon avrodan çox pul xərcləməyə hazırdır.