"Liverpul" növbəti ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 25-ci turunun "Everton"la görüşündə sıtradan çıxan Cordan Hendersonun durumu heç də yaxşı deyil. Kapitanın konkret olaraq hansı müddətdə oynamayacağına dair rəsmi açıqlama verilməsə də, "The Athletic" nəşri İngiltərə millisinin üzvünün xeyli vaxt yaşıl meydan üzünə həsrtə həsrət qalacağını idda edir.
Hendersonun aldığı xəsarətin bərpası ən yaxşı halda 4-6 həftə zaman alacaq. Lakin zədə gözləniləndən daha artıq vaxt apara bilər ki, belədə oynamağa tam hazır olması üçün 12 həftə gözləmək lazım gələcək. Belə olacağı halda, Cordan həm də iyunun 11-də başlayacaq AÇ-2020-nin final mərhələsini buraxa bilər.
Kapitanın sıradan çıxması ilə düşərgədəki zədəlilərin sayı 11-ə çatıb.