"Liverpul" klubunun əsas müdafiəçisi Vircil van Deyk fərdi qaydada məşqlərə başlayıb.

Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu uzunmüddətli zədədən sonra ilk dəfə meydanda məşq edib. 

Qeyd edək ki, van Deyk ötən ilin oktyabrında Premyer Liqanın 5-ci turunda "Everton"la oyunda (2:2) zədələnmişdi.