Tomas Tuxelin gəlişindən sonra "Çelsi"nin uğurlu qrafik cızması Roman Abramoviçi xeyli ümidləndirib.

Offsideplus.az "Daily Star"a istinadla xəbər verir ki, ötən yay Frenk Lempardın istədiyi futbolçuları gətirmək üçün 257 milyon dollar xərcləyən milyarder iş adamı bu yay kluba bundan da artıq pul ayıracaq. İddiala görə, Abramoviç Tuxelə yay keçidləri üçün 290 milyon dollarlıq büdcə söz verib. Bunun üçün londonlular alman mütəxəssisin rəhbərliyi altında mövsümü titulla başa vurmalıdır. Ən pis halda ikinciliyə oynamalıdır. 

Qeyd edək ki, Tuxelin sərəncamında görmək istədiyi ilk ad Erlinq Haalanddır.