"Mançester Yunayted" David De Xea və ya Din Hendersonla bu yay vidalaşmağı düşünür.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. "Qırmızı şeytanlar" bu iki qolkiperdən biri ilə yollarını ayıracaq.

Qeyd edək ki, De Xeanın "Mançester Yunayted"lə anlaşması iki ildən sonra, Hendersonun isə 2025-ci ildə başa çatır.