"Everton"la baş tutan oyunda "Liverpul"un futbolçusu Cordan Henderson zədələnib.

Offsideplus.az xəbər verir ki, 30-cu dəqiqədə xəsarət alan 30 yaşlı yarımmüdafiəçini Nataniel Filips əvəzləyib. Oyundan sonra baş məşqçi Yürqen Klopp zədənin yaxşı görünmədiyini, lakin dəqiq cavab üçün müayinəni gözləməli olduqlarını açıqlayıb. 

Qeyd edək ki, "Liverpul"da Vircil Van Deyk, Dieqo Jota, Qomes, Matip, Fabinyo, Milner də zədəlilər siyahısındadır.