"Arsenal" klubunun ulduzu Villian Borqeş irqçiliyə məruz qalıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi bir qrup sosial şəbəkə istifadəçisi tərəfindən təhqir edilib.
"Sambaçı" həmin mesajları "instagram" hesabının hekayə bölməsində paylaşaraq, bunun yolverilməz olduğunu və həmin şəxslərə qarşı tədbir görülməli olduğunu bildirib.
Paylaşılan fotolarda istifadəçilər Villiana "Rədd ol, qara meymun", "Cəngəlliyinə qayıt meymun" kimi sözlər yazmaqla yanaşı, həm də braziliyalı oyunçuya söyüş söyüblər.
Qeyd edək ki, Villian dünən Avropa Liqasının 1/16 final mərhələsində səfərdə "Benfika" ilə keçirilən oyunda (1:1) 90-cı dəqiqədə Martin Edeqorun yerinə meydana daxil olub.