"Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, bu mövsümün sonunda fransalı ulduzu Pol Poqbanı komandadan göndərməyi düşünən "qırmızı şeytanlar" "kral klubu"ndan Federiko Valverdeni sıralarına qatmaq istəyir.

Yayılan məlumatlara görə, klublar arasında Poqba ilə Valverdenin dəyişdirilməsi barədə görüş keçiriləcək.

Qeyd edək ki, Poqba ilə sabiq klubu "Yuventus" da yaxından maraqlanır.