Mövsümün sonunadək Pol Poqbanının "Mançester Yunayted"dən ayrılacağı gözlənilir. 

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" fransız yarımmüdafiəçinin yerinə La Liqadan 87,3 milyon dollar dəyərində futbolçunu gətirə bilər. Söhbət "Real"ın 22 yaşlı futbolçusu Federiko Valverdedən gedir.

Qeyd edək ki, Transfermarkt-də 63 milyon funt-sterlinq (72,4 milyon avro; 87,3 milyon dollar) dəyəri olan uruqvaylı yarımmüdafiəçinin "Kral klubu" ilə 2025-ci ilə qədər anlaşması var.