Fransanın "Marsel" klubunun futbolçusu Due Çar Çaleta daha öncə "Liverpul"dan təklif aldığını açıqlayıb.

 Offsideplus.az xəbər verir ki, "qırmızılar" Ozan Kabakdan öncə 24 yaşlı xorvatiyalıya təklif göndərib. Lakin gənc müdafiəçi "Marsel" klubunda qalmağa qərar verərək  İngiltərə təmsilçisinin təklifini geri çevirib.

Due Çar Çaletanı heyətinə qatmağı bacarmayan "Liverpul" rəhbərliyi isə "Şalke"dən türk futbolçu Ozan Kabakı icarəyə götürüb.