“Mançester Yunayted” klubunun 20 yaşlı yarımmüdafiəçisi Meyson Qrinvud komandası ilə müqaviləsinin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, gənc oyunçu “qırmızı şeytanlar”la yeni müqavilə imzalayıb.

Qrinvud 2023-cü ilin yayına qədər olan müqavilə müddətini daha 2 illik uzadıb. 

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan futbolçu 2018-ci ildən əsas komandada çıxış edir.