“Mançester Yunayted” klubunun 20 yaşlı yarımmüdafiəçisi Meyson Qrinvud komandası ilə müqaviləsinin müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, gənc oyunçu “qırmızı şeytanlar”la yeni müqavilə imzalayıb.
Qrinvud 2023-cü ilin yayına qədər olan müqavilə müddətini daha 2 illik uzadıb.
Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan futbolçu 2018-ci ildən əsas komandada çıxış edir.