Mövsümün sonunda "Arsenal"dan ayrılacağını açıqlayan Arsen Vengerə fantastik təklif gəlib. 

Offsideplus.az xəbər verir ki, fransız mütəxəssisə adı açıqlanmayan Çin klublarından biri təklif göndərib.
 
Asiya təmsilçisi 68 yaşlı məşqçiyə illik 40 milyon avro maaş təklif edir. Venger bu təklifi qəbul etsə, dünyanın ən çox qazanan məşqçisi olacaq. O, "Arsenal"da illik 8 milyon avro maaş alır.
 
Hazırda dünyanın ən çox qazanan məşqçisi Çin millisini çalışdıran Marsello Lippidi - illik 24 milyon avro. Onu 16 milyon avro maaşla "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola izləyir. "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo isə 15 milyon avro maaş alır.(fanat.az)