İngiltərə Premyer Liqasının 24-cü turunda bu gün keçirilən "Lester" - "Liverpul" matçından (3:1) sonra komandaların türkiyəli futbolçuları formalarını dəyişiblər. 

Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin türkiyəli futbolçusu Çağlar Söyüncü həmyerlisi, rəqibin müdafiəçisi Ozan Kabakla formasını dəyişib.

Qeyd edək ki, bu görüş Ozanın "Liverpul" formasında debüt etməsi ilə yadda qalıb.

149627991 3795500947196073 4170905404008341616 o