"Liverpul" klubu İngiltərə Premyer Liqasının 24-cü turunda "Lester"lə keçirdikləri oyundan əvvəl komandanın yeni transferi Ozan Kabakın görüntüsünü paylaşıb.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın oyundan əvvəl rəsmi "instagram" səhifəsində paylaşdığı video böyük maraq doğurub.

Qeyd edək ki, türkiyəli futbolçu "Şalke"dən icarə əsasında "Liverpul"a keçib və bu gün klubun heyətində debüt edib.