“Everton” klubunun baş məşqçisi Karlo Ançelottinin evi qarət edilib.

Offsideplus.az xəbər verir ki, soyğunçular təcrübəli mütəxəssisin Liverpuldakı evinə girib. Hadisə zamanı italyan mütəxəssisin qızı evdə olub. O, oğruları qorxudaraq qaçıra bilib.

Polisin verdiyi rəyə görə, qarətçilər Ançelottinin seyfini oğurlayıblar.