"Liverpul"un daha bir məşhur futbolçusu zədələnib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızılar"ın yarımmüdafiəçisi Fabinyo xəsarət alıb. Əzələsindən zədələnən 28 yaşlı braziliyalı oyunçu fevralın 13-də "Lester"lə matçı buraxacaq. 

Qeyd edək ki, Fabinyonun nə vaxt qayıdacağı bəlli deyil.