Futbol üzrə Uels yığmasının "Everton" klubunun sabiq qapıçısı Uilyam Deyvis 73 yaşında dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, sözügedən oyunçunun ölümünə xərçəng xəstəliyi səbəb olub.
Qeyd edək ki, 1970-1977-ci illərdə "Everton"da çıxış etmiş Uilyam Deyvis ölkəinin "Suonsi", "Rekshem" və "Banqor Siti" komandalarının daşərəfini qoruyub. Deyvis 1975 - 1982-ci illərdə Uels yığmasında 52 oyun keçirib.