“Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Pedro Qonsalveşi transfer etməyə yaxındır.

22 yaşlı mərkəz yarımmüdafiəçinin meneceri ilə danışıqların olduğu bildirilib. Mersisaydlıların portuqaliyalı oyunçunun keçidini yayda rəsmiləşdirməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsümdə 15 oyuna 14 qol vurub.