Dünən baş tutan "Liverpul" - "Mançester Siti" matçı bir çox maraqlı məqamlarla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, belə epizodlardan biri də "Liverpul" cərimə zərbəsini yerinə yetirərkən baş tutub. Ruben Diaz yerə uzanan komanda yoldaşı Aleksandr Zinçenkonun mövqeyindən narazı qalıb. Buna görə də onu bir az irəli çəkmək qərarına gəlib. Komanda yoldaşının başından tutaraq sürüməsi olduqca maraqlı alınıb.
Həmin görüntüləri təqdim edirik: