“Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar”ın fransalı yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Everton”la oyunda zədələnib.

Görüşün 39-cu dəqiqəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib və əvəzlənib. 

Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.