"Liverpul" "Derbi Kounti"nun hücumçusu Kayde Qordonu transfer edib.

Offsideplus.az xəbər verir ki, 16 yaşlı oyunçu ilə müqavilə imzalanıb. Bu barədə Qordonun keçmiş klubu "Derbi Kounti" məlumat yayıb.

Mersisayd təmsilçisi ingilis oyunçu üçün təxminən 3 milyon funt ödəyib.

Qeyd edək ki, gənc futbolçunu misirli ulduz Mohamed Salahla müqayisə edirlər.