İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "zadəganlar"ın müdafiəçisi Tiaqo Silva sıradan çıxıb.

Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Tomas Tuxel məlumat verib.

İlkin yoxlanışdan sonra həkimlərin rəyinə görə, Silva Premyer Liqanın 23-cü turunun “Şeffild Yunayted”lə fevralın 7-də keçiriləcək matçı buraxacaq.