"Mançester Yunayted"in şərəfini qoruyan Pol Poqbanın "Mursiya"da top qovan qardaşı Matias Poqba klub rəhbərliyinə səslənib.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, futbolçunun qardaşı rəhbərliyə fransız futbolçunun satılmasını məsləhət görüb: "Pol hazırda yaxşı formadadır və xoşbəxtdir. Oyununu yaxşılaşdırmaqda davam edir. Klubla müqaviləsinin müddəti 2022-nin yayında başa çatacaq. "Mançester Yunayted" rəhbərliyinə səslənirəm: "Poqbadan pul qazanmaq istəyirsizsə, yayda onu satın. Satmasaz, pulsuz gedəcək".
Qeyd edək ki, 27 yaşlı fransız cari mövsümdə 27 oyunda forma geyinib ki, aktivində 4 qol və 5 qol ötürməsi var.