"Bornmut" baş məşqçi ilə yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ceyson Tindell istefaya göndərilib. Klub rəhbərliyi komandanın cari Çempionşip mövsümündəki nəticələrini analiz edəndən sonra bu qərarı verib. Boş qalmış posta kimin gətiriləcəyi haqda məlumat verilmir. 

43 yaşlı Tindell 2012-ci ildən "Bornmut"da köməkçi-məşqçi kimi çalışırdı. 2020-nin avqustunda isə baş məşqçi vəzifəsinə gətirilmişdi.

Qeyd edək ki, "Bornmut" 42 xalla 6-cı pillədə qərarlaşıb ki, lider "Norviç"dən 13 xal geri qalır.