"Liverpul"un futbolçusu Joel Matip 2020/21 mövsümünün sonunadək yaşıl meydanlara çıxa bilməyəcək.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi uzun müddətə sıradan çıxıb. Bu barədə baş məşqçi Yürqen Klopp klububun mətbuat xidmətinə açıqlamasında deyib. 53 yaşlı mütəxəssis Matipin topuğundan aldığı zədə səbəbindən bu mövsümü buraxacağını bildirib.
Qeyd edək ki, kamerunlu futbolçu ötən həftə "Tottenhem"lə baş tutan oyunda (3:1) xəsarət almışdı.
Xatırladaq ki, "Liverpul"da Vircil Van Deyk və Co Qomes də zədə səbəbindən yaşıl meydanlardan uzun müddətə uzaq qalıb.