"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim "Liverpul"a transferi gözlənilən Ozan Kabak haqda paylaşım edib.

Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis sosial şəbəkə hesabından sözügedən futbolçu ilə şəklini paylaşıb və ona uğurlar arzulayıb.

Terim Kabaka onun güvənini qürura çevirdiyini bildirib.

Qeyd edək ki, 20 yaşlı futbolçu "Şalke"dən icarə əsasında "Liverpul"a keçəcək və mövsümün sonunadək "qırmızılar"ın şərəfini qoruyacaq.

60184ce466a97c9483f8c21b