"Şalke" klubunun futbolçusu Ozan Kabak "Liverpul"a keçməyə çox yaxındır.

Offsideplus.az SkySports-a istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi Mersisayd təmsilçisində cari mövsümün sonundadək icarə əsasında çıxış edəcək.

Gənc oyunçu bu gün İngiltərəyə gedərək, rəsmi müqaviləyə imza atacaq. 

Qeyd edək ki, İngiltərədə qış transfer dönəmi bu gün Bakı vaxtı ilə saat 21:00-da başa çatır.

Xatırladaq ki, "Şalke" ilə 2024-cü ilin yayınadək sözləşməsi olan Ozan Kabak daha əvvəl ölkəsində "Qalatasaray"ın da formasını geyinib.